Deputata ağır itki üz verdi

Milli Məclisin deputatı Ülvi Quliyevə ağır itki üz verib.
Redaktor.az xəbər verir ki, millət vəkilinin anası Dina Pənahova dünyasını dəyişib.
Dəfn mərasimi bu gün saat 13:00-da Qurd qapısı qəbristanlığında olacaqdır. Dəfndən sonra saat 14:00-da Qurd qapısında mərasim keçiriləcək.
Mərhumənin 3-7 mərasimi ayın 16-da (bazar günü) saat 11:00-da Heydər məscidində (2-ci mərtəbəsində qadınlar, 3-cü mərtəbəsində isə kişilər) təşkil olunacaq.