Azərbaycanda vəzifəli şəxs işdən ÇIXARILDI

 17:03 15.06.2024     312

Malik Ələkbərov Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Redaktor.az xəbər verir ki, məlumatı nazirlikdən təsdiqləyiblər.

Bildirilib ki, dövlət başçısının fərmanı ilə Ədliyyə Nazirliyində struktur dəyişikliyi həyata keçirilib: "Bununla əlaqədar Malik Ələkbərov vəzifəsindən azad edilərək sərəncama götürülüb".

Qeyd olunub ki, Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinin icrası İlham Abasquliyevə həvalə edilib.