Bu şəxslər üçün parklanma pulsuz olacaq - VİDEO

 11:51 17.06.2024     593

"Əvvəlki yanaşma belə idi ki, işçi xidməti parklanma ərazisində boş yer tapdığı halda parklanma ödənişsiz olurdu. İndi isə, həmin ərazilər müəyyən edilir".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Kamal Cəfərov Real TV-yə müsahibəsində deyib.

Bildirib ki, bundan sonra sözügedən parklanma əraziləri yalnız həmin qurumlarda çalışan şəxslərin xidməti və ya şəxsi avtomobili üçün pulsuz nəzərdə tutulacaq:

"Belə olan halda sözügedən ərazilərdə digər avtomobillərin parklanması halında müvafiq inzibati cərimənin müəyyən edilməsi təklif olunur".