Ölkədə əhalinin ən çox təbii artımı bu rayonda qeydə alınıb

Cəlilabad rayonunda əhalinin ümumi sayı aprel ayının 1-i vəziyyətinə 217,6 min nəfərə çatıb.
Rayon Statistika İdarəsindən Redaktor.az-a bildirilib ki, cari ilin 3 ayında 728 nəfər uşaq dünyaya gəlib, 256 ölüm halı qeydə alınıb.
Əhalinin təbii artımı 472 nəfər olub.
Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 216 nikah və 55 boşanma halı rəsmiləşdirilib.