"Azəriqaz"da İctimai Şura üzvləri ilə görüş keçirildi - FOTO
SOCAR-ın "Azəriqaz" İB-nin baş direktoru Azər Məmmədovun İctimai Şura üzvləri ilə ilk görüşündə bir sıra məsələlər müzakirə edilib.
Redaktor.az xəbər verir ki, ilk olaraq baş direktor birliyin həyata keçirdiyi yeniliklər haqqında ətraflı məlumat verib.
Daha sonra abonentlərin məmnunluğu və rahatlığına hesablanmış fəaliyyət proqramlarından danışılıb.
Bu xüsusda mövzunu davam etdirən İctimai Şura üzvləri texniki müayinələrdə rast gəlinən problemlər və sənədsiz evlərin qazlaşdırılması kimi məsələlərin həlli istiqamətində təkliflər irəli sürüblər.
Sonda Şura üzvləri Azər Məmmədovu yeni təyinatı ilə bağlı təbrik edərək fəaliyyətində uğurlar arzulayıblar.