Ermənistan bu 4 kəndi də Azərbaycana qaytarır - XƏRİTƏ
Ermənistanın Baş naziri Paşinyanın Sünikə səfərinin detalları barədə məlumat yayılıb.
Redaktor.az xəbər verir ki, Ermənistan Milli Assambleyasının deputatı Tiqran Abramyan bu barədə sosial şəbəkədə yazıb.
O iddia edib ki, səfərin əsas məqsədi daha 4 kəndin Azərbaycana qaytarılması üçün hazırlıq planıdır. O, Kərki, Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin yaxın zamanlarda Azərbaycana qaytarılacağını bildirib.
Amma Abramyan iddia edib ki, guya bu kəndlər Ermənistana məxsusdur və onların qaytarılması üçün referendum keçirilməlidir.
Ancaq deputatın bu iddiası absurddur. Həmin kəndlər Azərbaycana məxsusdur və delimitasiya prosesi çərçivəsində mütləq şəkildə qaytarılmalıdır.