Azərbaycanda ötən ay geyimə bu qədər vəsait xərclənib - Fantastik rəqəm
2024-cü ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 2 milyard 821.5 milyon manat vəsait xərclənib.
Redaktor.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% çoxdur.
Qeyd edək ki, cari ilin may ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 543 milyon manata bərabər olub.
Xatırladaq ki, cari ilin yanvar-may ayları ərzində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 13.4%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub.