Deputatdan "Azercell"ə sərt sözlər: "Sən hansı haqla mənə “İrana xoş gəlmisiniz” mesajı göndərirsən?"

 15:05 19.06.2024     455

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı mobil operator şirkəti "Azercell"i İrana görə tənqid edib.

Redaktor.az millət vəkilinin feysbuk hesabında yazdığı postu olduğu kimi təqdim edir:

"Hörmətli Azərsell! Mən İranda deyiləm! Azərbaycanda, Yardımlıdayam! Sən hansı haqla və məsuliyyətsizliklə mənim telefonuma “İrana xoş gəlmisiniz…” mesajı göndərirsən? Sən axı Azərsellsən, İransell deyilsən!"

Qeyd edək ki, Yardımlı İranla sərhəd rayonudur. Sabir Rüstəmxanlı Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub.

T.İSMAYIL

2