Baş prokuror bu rayonda qəbul keçirəcək

Baş prokuror Kamran Əliyev cari il iyunun 28-də Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərinin qəbulunu keçirəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirlib ki, qəbul saat saat 10:00-da Qazax rayon prokurorluğunun inzibati binasında baş tutacaq.
Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qazax rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.