"Yaxın qohumlar arasında evlilik “əxlaqçı” yox, “əmlakçı” prinsiplərlə baş verir" - Deputat

 15:45 21.06.2024     338

“Ailə Məcəlləsinə olan dəyişiklikləri müsbət sayıram, səs verəcəyəm. Bu dəyişikliklərdən nəticə yönümlü olaraq daha çox danışıldı. Səbəb kimi bəzi dini, əxlaqi arqumentlər gətirilir, lakin düşünürəm bunlar yersizdir”. 

Redaktor.az “qafqazinfo” xəbər verir ki, bunu deputat Erkin Qədirli parlamentin bugünkü iclasında deyib.

Millət vəkili vurğulayıb ki, yaxın qohumlar arasında nikahın əsas səbəbi əmlakdır: “Yaxın qohumlar arasında evlilik “əxlaqçı” yox, “əmlakçı” prinsiplərlə baş verir. Bunun da yeganə səbəbi odur ki, əmlak qohumlardan kənara çıxmasın. Bunu sadəcə demək istədim ki, deyilən arqumentlərdə aydınlıq olsun”. 

E.Qədirli qeyd edib ki, Ailə Məcəlləsi, Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi bir paketdə gəlib: “Bunlar hüquqi olaraq ayrı-ayrı anlayışlardır. Mən Ailə Məcəlləsinə səs verəcəyəm, amma Cinayət və İnzibati Xətalar Məcəlləsinə səs vermək istəmirəm. Lakin eyni paketdədir. Düşünürəm ki, buna bir çarə tapılmalıdır”.