Yağıntılı hava bu vaxtadək davam edəcək

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, qeyri-sabit hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 22-si gündüzədək davam edəcək.
Yağıntıların bölgələrdə iyunun 23-ü gündüzədək fasilələrlə davam edəcəyi proqnozlaşdırılır.