Baş nazir AzTV-nin strukturunu DƏYİŞDİ

 12:51 22.06.2024     255

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturuna dəyişiklik edilib.

Redaktor.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərarla “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturuna aşağıdakı məzmunda hissələr əlavə edilsin:

- AZTV

- Mədəniyyət TV

- İdman TV

- Azərbaycan Radiosu

- Azərbaycan Beynəlxalq Radiosu.