"Meqa Sığorta"dan vakansiya ELANI

 10:40 24.06.2024     670

“Meqa Sığorta” ASC Sığorta hadisələri tənzimlənməsi departamentinə  yeni komanda üzvlərini dəvət edir.

Vakansiya: Qiymətləndirmə şöbəsinin Mütəxəssisi.

Namizədlərə olan tələblər:

Təhsil: Ali;

Qanunvericilik bilikləri: Mülki Məcəllənin 50 fəsli və İcbari sığortalar haqqında qanun.

İş təcrübəsi: Sığorta hadisələrinin tənzimlənməsi üzrə Əməliyyat işlərində - 2 ildən yuxarı.

Kompüter bacarıqları: Microsoft Office Word və Excel – sərbəst istifadəçi.
Dil bilikləri: Azərbaycan, rus dilində ünsiyyət saxlaya bilmək – arzuolunandır.

Sürücülük vəsiqəsi: B kateqoriyası.

Şəxsi keyfiyyətlər və bacarıqlar: təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı, operativlik,  intizamlılıq, dəqiqlik və məsuliyyət.

Əsas vəzifə öhdəlikləri:

Sığortalının zərər dəymiş əmlakının qiymətləndirilməsi və proseslə əlaqəli sənədləşmə işlərinin aparılması.

Təmir müəssisələri, qiymətləndirmə şirkətləri və ehtiyat hissə satış mərkəzləri ilə əlaqələrin qurulması.

Sığorta hadisəsi nəticəsində zərər çəkmiş tərəflə ödəniş vasitəsinin ya növünün  razılaşdırılması.

Sığortalının əmlakının təmirinin təşkili və təmirə nəzarət edilməsi.

Fəaliyyəti zamanı müştəri məmnuniyyətinin təmin olunması.

Qiymətləndirmə şirkəti və təmir müəssisələrində  qüsur aktlarının qəbul edilməsi.

Təmir müəssisələri, qiymətləndirmə şirkətləri və ehtiyat hissə satışı mərkəzləri ilə əlaqələrin qurulması.

Qiymətləndirmə xidməti və təmir müəssisələri ilə bağlanan müqavilələrin hazırlanmasında iştirak etməsi.
Vəzifə təlimatından irəli gələn digər işləri həyata keçirmək.

Əmək şəraitinin şərtləri:

Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.  

İş vaxtı: 09:00-dan 18:00 –dək olmaqla 5 günlük iş həftəsi.

Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.   

Tibbi sığorta təminatı.

Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.  

“Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.

Zəhmət olmasa mövzu bölməsində “Qiymətləndirmə - Mütəxəssis” qeyd etməklə CV-nizi  [email protected] e-mail ünvanına göndərin. Vakansiya tələblərinə  uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.