"QHT seqmentinə xaricdən “qrant” adı altında müdaxilə cəhdləri yolverilməzdir" - PA-nın sektor müdiri

 14:07 24.06.2024     393

Qeyri-hökumət təşkilatlarının maliyyə şəffaflığı olduqca vacibdir. Yazdığı layihəsi ilə praktikada əməli uyğun gəlməyən QHT-lərə heç bir güzəşt oluna bilməz və olunmayacaq.

Redaktor.az xəbər verir ki, bunu Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Tural Əliyev Zəngilanda keçirilən "Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu"nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, QHT seqmentinə xaricdən qeyri-qanuni yollarla, “qrant” adı altında müdaxilə cəhdləri yolverilməzdir:

"Bunu edənlər bundan sonra da Azərbaycan dövlətinin qəti addımları ilə qarşılaşacaqlar. Xarici donorlarla işləyən Azərbaycan QHT-lərini bir daha bu xüsusda əməkdaşlıqlarını yalnız Ədliyyə Nazirliyinin müvafiq bildirişi əsasında qurmağa çağırırıq. Bu sahədə xidməti müqavilələr dövrü geridə qalmaqdadır. Qanunsuz hesablaşmalar isə ciddi hüquqi məsuliyyət yaradır. QHT-ləri bu məsələlərdə son dərəcədə diqqətli olmağa dəvət edirik".