Azərbaycanda taxıl UCUZLAŞDI

Azərbaycanda taxılın qiyməti düşüb.
Redaktor.az xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.
Onun sözlərinə görə, 2023-cü ildə 1 kq taxılın qiyməti 50-60 qəpik civarında idisə, hazırda 30 qəpikdir.
Qeyd edək ki, iyun ayının 1-nə kimi tarlalardan 89 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 8,5 faiz çox taxıl yığılıb.