Bakıdakı 50 qəpiklik təhlükə- VİDEO

 14:46 26.06.2024     267

Yay aylarında insanların şəfa tapmaq ümidi ilə yollandığı məkanlar sırasında Bakının Suraxanı qəsəbəsi, Zığ-Hövsan avtomagistralının yaxınlığında yerləşən "Duzlu göl" və onun təxminən 200-300 metrliyində yerləşən "Yodlu göl" xüsusi yer tutur.

Bu göllərə üz tutanlar duz və yodqarışıq palçığın onlara şəfa verdiyini, oynaq ağrılarına, dəri xəstəliklərinə faydalı olduğunu düşünsələr də, reallıq əksinədir. Hətta, Göl suyunun baktreoloji vəziyyəti pis olduğuna görə 2006-cı ildən "Duzlu göl"də çimmək qadağan olunub.

Qeyd edək ki, "Duzlu göl"dəki palçıq gələnlərə həm də ödənişli şəkildə təklif edilir. Belə ki, "Duzlu göl"ün kənarına qoyulan palçıq vannasından istifadə edənlər 50 qəpik ödəniş etməlidirlər.

Redaktor.az  xəbər verir ki, "Report" uşaqdan-böyüyə bir çoxlarının yollandığı bu göllərə baş çəkib, vəziyyətlə yaxından tanış olub.