Neftçalada iki gün əvvəl batan şəxsin MEYİTİ TAPILDI

Neftçalada iki gün əvvəl batan şəxsin meyiti tapılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 24.06.2024-cü il tarixində Kür çayının Neftçala rayonunun Bankə qəsəbəsi ərazisindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.