3 polisi qətlə yetirən şəxs belə zərərsizləşdirildi -  GÖRÜNTÜ

 16:36 26.06.2024     283

 İyunun 24-də Xəzər rayonunda 3 polis əməkdaşını qətlə yetirən şəxs hadisə yerində zərərsizləşdirilib.

Redaktor.az xəbər verir ki, "Sitat.info" cinayəti törədən Allahverdiyev Rövşən Oqtay oğlunun zərərləşdirildiyi anın fotosunu əldə edib.

Qeyd edək ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş və axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib. Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.