ABŞ rəsmisi Azərbaycana gələcək
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn iyunun 27-29-da Bakı (Azərbaycan) və Dubrovnikdə (Xorvatiya) səfərdə olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Vurğulanıb ki, Bakıda ABŞ dövlət katibinin köməkçisi Azərbaycanın yüksək vəzifəli dövlət rəsmiləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov ilə görüşərək ölkələr arasında ikitərəfli münasibətlərindəki irəliləyişləri müzakirə edəcək, ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh sazişinə dəstəyini vurğulayacaq.
Qeyd olunub ki, dövlət katibinin köməkçisi daha sonra Xorvatiyanın Dubrovnik şəhərinə səfər edəcək. Dubrovnik şəhərində keçirilən forumda amerikalı diplomat Avropa tərəfdaşları və müttəfiqləri ilə Qərbi Balkanların Avro-Atlantik inteqrasiyasını müzakirə edəcək.