Bu rayonda qaz olmayacaq

Bu gün Bakının Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, 7-ci Sallaqxana küçəsində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə iyunun 28-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Vasif Əliyev, Zaur Kərimov, Dadaş Bünyadzadə, 7-ci Sallaqxana küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.