Xaçmazda qaz xətləri yenilənir - VİDEO

 14:23 28.06.2024     256

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xaçmaz rayonunun Qaraqurdlu yaşayış massivində istismar müddəti başa çatan qaz xətlərinin yenilənməsi işləri həyata keçirilir.

Redaktor.az xəbər verir ki, uzun illər istismarda olan qaz xətlərinin əvəzlənməsində əsas məqsəd istehlakçıların davamlı və daha təhlükəsiz təbii qazdan istifadə etmələrini təmin etməkdən ibarətdir.

Kənd sakinlərinin sözlərinə görə, əsasən payız-qış mövsümündə təbii qazın verilişində təzyiqlə bağlı bir sıra problemlərlə üzləşirdilər.

İş icrası bildirir ki, layihə üzrə diametri 108 mm, uzunluğu 1300 metr olan yeni çəkilən qaz xəttinin tikintisi başa çatdıqdan sonra bu kimi problemlər həllini tapmış olacaq.