İşğaldan azad edilən bu şəhərdə 33 yaşayış binası təhvil veriləcək

 15:31 28.06.2024     405

Bu il ərzində Cəbrayıl şəhərində 712 mənzildən ibarət 33 yaşayış binasının təhvil verilməsi planlaşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O əlavə edib ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç nəzərdə tutulur: "Hazırda Cəbrayılın Şükürbəyli kəndində, Qubadlı rayonunun Zilanlı və Mahruzlu kəndlərində, Zəngilanın şəhər mərkəzində böyük tikinti işləri aparılır".