Bakıda bu rayonların işığı SÖNƏCƏK

 17:00 28.06.2024     429

Bu gün Bakının Nəsimi və Nərimanov rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Redaktor.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda Ceyhun Hacıbəyli, Mirəli Qaşqay, Qulu Quliyev, Mirəsədulla Mirqasımov, Həsən Əliyev, Mövsüm Sənani, Mərdanovlar qardaşları, Nərimanov rayonunda isə Xan Şuşinski, Hənifə Ələsgərov küçələrində saat 16:30-dan saat 20:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Abonentlərin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə “Azərişıq” sözügedən ərazilərin işıqlandırılmasını təmin edən 35/6 Kv-luq 96 saylı yarımstansiyada əlavə gücləndirmə işləri həyata keçirir. Görülən işlər yekunlaşdırıldıqdan sonra elektrik enerjisinin verilişi tam təmin ediləcək.