Bu tarixdə başlanılır...

 18:48 29.06.2024     325

Növbədənkənar parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi prosesinin nə zaman yekunlaşacağı məlum olub.

Redaktor.az xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.

Namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18:00-dək nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət iyulun 13-dən başlayaraq, avqust ayının 2-si saat 18:00-dək olan dövrü əhatə edir.