Fransada iğtişaşlar BAŞLADI

 09:43 01.07.2024     404

Fransada növbədənkənar seçkilərdən sonra iğtişaşlar başladı.

Redaktor.az xəbər fransız mediasına istinadla xəbər verir ki, Fransa parlament seçkilərinin ilk turunun nəticələrinin yaratdığı siyasi gərginliyə qərq oldu. Belə ki, vətəndaşların narazılığı ölkənin bir çox şəhərlərini bürüyən kütləvi etirazlara səbəb oldu.

Seçkilərin ilkin nəticələrinə əsasən, Marin Le Penin rəhbərlik etdiyi “Milli Mitinq” Partiyası 34,2% səs ilə liderlik edir.

Solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası 29,1 səs ilə ikinci yerdə, prezident Emmanuel Makronun koalisiyası isə 21,5 faiz ilə üçüncü yerdədir. Bu vəziyyət Avropa Parlamentinə son seçkilərdə partiyası məğlub olan Makron üçün narahatedici siqnaldır.

Yusif SƏMƏDZADƏ