MİQ üzrə test imtahanına başlanılır

 16:19 01.07.2024     360

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır.

Təhsil İnstitutundan Redaktor.az-a verilən məlumata görə, 2 iyul tarixindən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Bildirilib ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 000-ə yaxın namizəd dəvət olunub.