Abid Şərifovun kürəkəninin vəzifələrini kim icra edir?

 17:07 02.07.2024     273

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudov vəzifəsindən azad edilib.

Redaktor.az xəbər verir ki, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında sözügedən vəzifəyə rəis əvəzi Fariz Natiq oğlu Əliyev gətirilib.

Fariz Əliyev həmçinin sözügedən müəssisənin rəis müavinidir.

Qeyd edək ki, işdən çıxarılan Məmməd Mahmudov baş nazirin sabiq müavini Abid Şərifovun kürəkənidir.(qaynarinfo)