Bakıda bu küçə təmir olunur - VİDEO

 18:07 02.07.2024     155

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinə qədər) təmir işləri aparır.

Redaktor.az agentliyə istinadən xəbər verir ki, uzunluğu 810 metr təşkil edən sözügedən hissə üzrə hazırda frezlənmə işləri yerinə yetirilir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.