Vilayət Eyvazov bu rayonda vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2024-cü il iyul ayının 18-də Quba Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Bu barədə Redaktor.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 17.07.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
“Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur”, - məlumatda deyilir.