Azərbaycanda turizm sahəsində yeni dövlət standartları qəbul ediləcək
Azərbaycanda turizm sahəsində beynəlxalq təcrübə əsasında yeni dövlət standartlarının qəbul edilməsi nəzərdə tutulub.
Redaktor.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı tədbirində bildirib.
"Hazırda Azərbaycanda turizm sahəsində 11 dövlət standartı var. Beynəlxalq təcrübədə isə İSO üzrə 57 standart mövcuddur. Hazırda yeni standartlar hazırlanır. Yəqin ki, onlar bu il qəbul ediləcək", - deyə o qeyd edib.