Məşhur aparıcı ATV-dən GETDİ - FOTO

 13:31 04.07.2024     263

"Xəzər" TV artıq indidən yeni mövsüm hazırlıqlarına başlayıb. Kanalın direktoru Murad Dadaşov digər kanalların bir çox tanınmış simalarını da kanala transfer etmək üçün çalışmalara başlayıb.

Redaktor.az yenisabah.az-a istinadən xəbər verir ki, belə görüşlərdən biri də ATV kanalının tanınmış aparıcısı Nanə Ağamalıyeva ilə olub.

Məlumata görə, artıq tərəflər arasında ilkin razılaşma əldə olunub.

Kanal rəhbərliyinin məqsədi yeni mövsümdən daha keyfiyyətli və səliqəli efir siyasəti yürütməkdir.