Sabahdan Azərbaycanda toylar TƏXİRƏ SALINIR

Azərbaycanda sabahdan - iyulun 7-dən İslam təqvimi ilə Məhərrəm ayı başlayır.
Redaktor.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məlumatında bildirilib.
Bu il Məhərrəm ayının ilk günü iyulun 7-nə, Aşura günü isə iyulun 16-na təsadüf edəcək.
Qeyd edək ki, Məhərrəm və ondan sonra davam edən Səfər ayında toylar təxirə salınır.
Bu il məhərrəmlikdən sonra başlayan Səfər ayı avqustun 7-ə təsadüf edəcək.