“Baksol”da su çəni və borular oğurlayan şəxsdən heroin AŞKARLANDI

 10:59 06.07.2024     298

İyulun 1-də Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə “Baksol” yaşayış sahəsində bir nəfərin torpaq sahəsindən 1900 manat dəyərində su çəni və borular oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elmin Qafarov saxlanılıb.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ondan heroin aşkar olunaraq götürülüb. 

Araşdırma aparılır.