Kamran Əliyev deputatın prokuror oğlunu işdən ÇIXARDI

 13:17 06.07.2024     367

Qaradağ rayon prokuroru Zəfər Əhmədov vəzifəsindən azad edilib.

Redaktor.az unikal-a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Zəfər Əhmədov iyul ayının 2-də sərəncama götürülüb.

Qeyd edək ki, Z.Əhmədov Milli Məclisin deputatı Vahid Əhmədovun oğludur.