Aeroport şosesində qəza tıxaca səbəb oldu

Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.
Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mərkəzin əməkdaşları tərəfindən şosenin hər iki istiqamətində bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.