Bu qoruğun iş saatları uzadılıb
Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun iş saatları uzadılıb.
Redaktor.az xəbər verir ki, bu barədə DTA məlumat yayıb.
Bildirilib ki, ziyarətçilərin çoxsaylı müraciətləri əsasında verilən qərara görə, iyul ayının 10-dan etibarən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yay mövsümü boyunca hər gün səhər 10:00-dan axşam saat 22:00-dək ziyarətçilərə xidmət göstərəcək.