Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsində onaltımərtəbəli binanın şaxtasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Redaktor.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
***
Məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.
Tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yayılaraq mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
İlkin məlumata əsasən, yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik naqilləri yanıb.
Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
