Bu il daha 835 nəfər sürücü İŞƏ GÖTÜRÜLƏCƏK
"Baku Bus" bu il daha 835 nəfər sürücünün işə götürülməsini nəzərdə tutur.
Redaktor.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-nin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, eyni zamanda, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Dövlət Məşğulluq Agentliyi ilə birlikdə B və BC kateqoriyalı sürücülərin avtobus sürücüsü olmaq hüququ verən D kateqoriyası üzrə ixtisasının artırılması və işə götürülməsi layihəsi həyata keçirilir.
Həmçinin bildirilib ki, carı ilin 6 ayı ərzində MMC-yə məxsus marşrut avtobuslarında qayda pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 % azalıb.