Bu yolda sürət həddi ENDİRİLDİ

Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 61,5-ci kilometrliyində (Salyan rayonunun Marışlı kəndindən keçən hissədə) sürət həddi 110 km/saatdan 90 km/saata endirilib.
Bu barədə Redaktor.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, məqsəd hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılmasıdır.
"Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət həddinə riayət etmələrini xahiş edirik", - deyə agentlik bəyan edib.