Lənkəranda internet kəsintisinin səbəbi bilindi -  RƏSMİ

 16:03 10.07.2024     1086

Ötən gün Lənkəranda internetin verilməsində problemlər yaşanıb.

Redaktor.az xəbər verir ki, bu barədə sakinlər məlumat verib.

“Aztelekom”da isə bildirilib ki, problemə səbəb rayon ərazisindən keçən magistral kabelin zədələnməsi olub:

"9 iyul tarixində saat 14:00-da Lənkəran rayonu ərazisindən keçən “Aztelekom” MMC-yə məxsus magistral kabelin zədələnməsi səbəbindən Lənkəran ərazisində bir qism abunəçilərin telekommunikasiya xidmətləri ilə təmin edilməsində fasilələr meydana gəlib. Yaranmış çətinliyin aradan qaldırılması üçün növbətçi təcili tədbirlər həyata keçirilib və qısa zamanda telekommunikasiya xidmətləri tam olaraq bərpa edilib.

Texniki problemlərlə qarşılaşdıqları halda “Aztelekom” abunəçilərindən “170” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur".