Sumqayıtda 4 min 300 manat oğurlayan 4 nəfər SAXLANILDI

Sumqayıt şəhəri ərazisində yerləşən istirahət mərkəzində bir nəfərin içərisində 4300 manatı olan pulqabısının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən E.Məmmədov, K.Hacıyev, S.Şahməmmədov və əvvəllər məhkum olunmuş Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.