Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - FOTO

Kənd Təsərrüfatı Nazirliyində daha bir dəyişiklik olub.
Redaktor.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə vəzifəsindən azad edilib.
Nazirlikdən mia.az-a verilən məlumata görə, onun yerinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Rəşad Hüseynov təyin edilib.
"Bu gün onun əmri imzalanıb",- deyə məlumatda qeyd edilib.