4 mindən çox Vətən müharibəsi iştirakçısına əlillik TƏYİN EDİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi indiyədək 4133 nəfər Vətən müharibəsi iştirakçısına əlillik təyin edib.
Bu barədə Redaktor.az-a ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, əlillik təyinatı aparılmış şəxslərin hər birinə proaktiv qaydada sosial ödənişlər təyin olunaraq ödənilib.