Bu kənddə daha bir gənc qız itkin düşdü
Şəki rayonunun Oxud kənd sakini, 2006-cı il təvəllüdlü Sadıqova Lamiyə Arif qızı iyulun 8-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Sonuncu dəfə evdən gedərkən üzərində ağ rəngli cins şalvar, bənövşəyi rəngli köynək və başında şapka olub.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.