Sabunçudakı uşaq bağçası nəzarətə götürüldü

 13:19 13.07.2024     401

Sabunçu rayonunda yerləşən 310 nömrəli uşaq bağçası ilə əlaqəli yayılan məlumatlar nəzarətə götürülüb.

DİN-in Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov Redaktor.az-abildirib ki, bir neçə valideyn bağçanın tərbiyəçisi olmuş T.Sadıqovanın uşaqları döyməsi, bağçanın direktoru olmuş H.Hüseynovanın isə maddi maraq müqabilində normadan əlavə uşaq qəbulu və aylıq ödəniş tələb etməsi ilə bağlı şikayətlər ediblər.

Faktla bağlı Sabunçu RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcəkdir.