Evlənənlər azalıb, boşananlar çoxalıb
Bu ilin ilk beş ayı ərzində ölkədə 17 448 nikah və 8 795 boşanma halı qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,1-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.