Trampı vuran şəxsin evində "şübhəli cihaz" tapıldı

 19:22 15.07.2024     433

ABŞ hüquq-mühafizə orqanları, səlahiyyətlilərin bildirdiyinə görə, ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi edən şəxsin evində “şübhəli cihaz” aşkar ediblər.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Federal Təhqiqatlar Bürosunun (FTB) bəyanatında deyilir.

Qeyd edildiyi kimi, FTB əlavə sübut əldə etmək üçün atəş açan şəxsin evində və avtomobilində axtarışlar aparıb.

Büro aydınlaşdırıb ki, hər iki yerdə şübhəli qurğular aşkar edilib. Onlar zərərsizləşdirilib. Bundan əvvəl atəş açan şəxsin avtomobilində partlayıcı qurğunun tapıldığı bildirilirdi. 

Yusif EYVAZLI