"17 yaşlı qız ana olursa, valideynləri məsuliyyətə cəlb edilməlidir" - Kəmalə Ağazadə

 17:54 16.07.2024     473

Xəbər verdiyimiz kimi, Masallı rayonunda 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadovanın dünyaya gətirdiyi körpə vəfat edib. Maraqlıdır, əlaqədar təşkilatlar yetkinlik yaşına çatmayan bir qızın ərə verilməsinə və uşaq dünyaya gətirməsinə necə göz yumublar?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Uşaqlar Birliyinin rəhbəri  Kəmalə Ağazadə bildirdi ki, 17 yaşlı bir qız ana olursa ilk olaraq onun valideynləri məsuliyyətə cəlb edilməlidir:

"Bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qanunvericiliyin dəyişdirilməsi ilə bağlı Milli Məclisə də qanun layihəsini göndərib və gələn ildən etibarən qüvvəyə minəcək. Düşünürəm ki, bununla bağlı ciddi məsuliyyət yaranmalıdır. Valideynlərin məsuliyyətə cəlb olunması ilə bağlı gələn ildən həm də Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Ailə Məcəlləsinə dəyişikliklər edilir".

Məsələ ilə bağlı Baş Prokurorluqdan isə göndərdiyimiz sorğuyla bağlı bildirildi ki, faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.

Sevinc İBRAHİMZADƏ