Çimərlikdə oğurluq edən şəxs SAXLANILDI

Səbail rayonu ərazisində yerləşən çimərlikdə oğurluq edən şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb.
Redaktor.az DİN-ə istinadən xəbər verir ki, Səbail rayonu ərazisində yerləşən çimərlikdə bir nəfərin 3300, digər şəxsin isə 3000 manat dəyərində mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.