Litva Azərbaycanda səfir vəzifəsinə namizəd təqdim ETDİ
Litva hökuməti Kyastutis Vaşkelyaviçyusu Azərbaycana yeni səfir vəzifəsinə təklif edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik-Litva” məlumat yayıb.
K.Vaşkelyaviçyus hazırda Hökumətin dəftərxanasında Beynəlxalq Münasibətlər və Avropa İttifaqı qrupunun rəhbəri kimi çalışır, əvvəllər Litvanın digər səfirliklərində müxtəlif diplomatik vəzifələrdə çalışıb.
Diplomat görüşdə səfir kimi Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx münasibətlərə çalışacağını bildirib.
Onun sözlərinə görə, məqsəd həm də ikitərəfli münasibətlərin, iqtisadi, mədəni və akademik əməkdaşlığın inkişafına kömək etmək olacaq.
K.Vaşkelyaviçyus özünün konkret işi kimi bu ilin noyabrında Bakıda keçiriləcək COP29-u göstərib.
Litva Prezidenti onun namizədliyini təsdiq edərsə, diplomat avqustda yeni vəzifəsinə başlayacaq.